Logo

BMU tələbələri “SOCAR Downstream Management” MMC ilə tanış olublar - FOTO

02.11.2022 10:33 386 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri “SOCAR Downstream Management” MMC-nin iş fəaliyyəti ilə yaxından tanış olublar.

Tehsil.biz xəbər verir ki, BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşəbbüsü ilə MMC-yə təşkil olunan sahə gəzintisi tələbələrin "Neft kimyası" fənni üzrə praktiki məlumatlar əldə etmələri məqsədilə gerçəkləşdirilib.

Səfər zamanı tələbələrə zavodun mühəndisləri tərəfindən neftin ilkin emalı, neft məhsullarının işlənmə metodları və digər qurğuların iş prinsipi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “SOCAR Downstream Management” MMC Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) Modernləşdirmə və Yenidənqurma Layihəsinin idarə edilməsi məqsədilə fəaliyyətə başlayıb.

Xəbər lenti