Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
"Tehsil.biz"in məlumatına görə, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb.
Yayılan məlumatlara görə, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
Məsələni Mədəniyyət Nazirliyi ilə dəqiqləşdirmək istəsək də, qurumdan sorğumuza hələ də cavab verilməyib.
Həmçinin oxuyun: DTX tərəfindən saxlanılan nazir müavininin SEVGİ QALMAQALI