"Çingiz Abdullayev təkcə jurnalisti deyil, bütün ictimaiyyəti təhqir edib".
Bunu "Tehsil.biz"ə təhsil üzrə ekspert Elçin Əfəndiyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı üçün 203 min manat vəsaitin ayrılmasına münasibət bildirərkən deyib.
Ekspert hər kəs üçün ümumilikdə 2-3 minlik xərclə keçirilə biləcək bir tədbirə nə üçün 203 min manat ayrılmasının maraqlı olduğunu bildirib.
"Bu tədbirə həmin məbləğin ayrılması əvəzinə 203 tələbənin təhsilhaqqına yardım etmək daha vacib idi. Yeganə utanası, xəcalət çəkəsi şəxs və ya şəxslər siz və ətrafınızdır, Çingiz Abdullayev!", - deyə Elçin Əfəndiyev yazıçını sərt tənqid edib.
Xatırladaq ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən" deməsi böyük qalmaqala səbəb olub.