Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) oktyabr ayı ərzində 17 min 15 müraciət daxil olub.
BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 min 702 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 min 255 vətəndaş müraciət edib.
Oktyabr ayında BŞTİ-yə 3 min 83 sənəd (vətəndaşlar tərəfindən 1284 ərizə, Təhsil Nazirliyindən 374, digər qurumlardan 232, məktəblərdən 878 məktub və 315 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 975 elektron müraciətə baxılıb.
Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, təhsilalanların yerdəyişməsi, VII Könüllülük Proqramı, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.