Logo

Məktəblərdəki sentyabr bazarlığı...

02.11.2022 18:26 799 baxış
IMG

20 ildən artıq pedaqoji fəaliyyətim dövründə müşahidələrim mənə deməyə əsas verir ki, yerli təhsil idarəetmə orqanlarında və məktəblərdə xüsusən sentyabr ayı açıq bazarı xatırladırdı.

Bu ayda təhsil şöbələrinin dəhlizlərində iynə atsaydın, yerə düşməzdi. Hamısı əlində pul məktəblərdə hansısa işə girmək istəyirdi.

Məktəblərdə filan dərsi demək üçün razılıq pulu, sinif açmaq üçün pul, jurnal pulu, şəbəkəni təsdiq etmək pulu, tarifləşmə cədvəlini təsdiq etmək pulu, dərslikləri almaq üçün verilən pul, verilən filan kitabların pulu, gündəlik pulu, məktəbli forması pulu, evdə və fərdi siniflər açmaq pulu, daha nə bilim nələr. İndi şükür Allaha, sentyabr ayı sakitlikdir. Direktorlar təqdimatlar yazırlar, ya onlara razılıq verilir, ya da razılıq verilmir. Dərnək və dərsdənkənar məşğələlər demək olar ki, direktorun şəxsi dərsləri idi. İndi məcbur olub hər müəllim reallığa uyğun o dərsi deyir və ya mənim kimi ondan imtina edir.

Məktəblər günorta olmamış şagirdləri buraxırdılar. İndi isə küçələrdən keçəndə görürsən ki, günortadan keçmiş şagirdlər evə gedirlər. Günün ikinci yarısı da məktəblər həmişə bağlı olardı. İndi isə müşahidə etmək olur ki, dərnək və dərsdənkənar məşğələlər üçün şagirdləri məktəbə gəlir və axşamtərəfi evlərinə qayıdırlar. Məktəb direktorları ilə də əvvəllər günün ikinci yarısı rahat çay içərdik. İndi isə bunu ancaq axşamtərəfi etmək olur.

Təhsil Araşdırmaları Mərkəzi

Xəbər lenti