Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasında “İşıqdan zülmətə” adlı tədbir təşkil olunub.
Baş İdarədən bildirilib ki, “Ümumdünya repressiya qurbanları Günü”nə həsr olunan tədbir kitabxana əməkdaşları tərəfindən hazırlanan və repressiya dövrünü qısa filmdə nümayiş etdirən videoçarxın nümayişi ilə başlayıb.
Daha sonra qonaqlar çıxış edərək milli mənəvi sərvətlərimizin və mədəni irsimizin qorunduğu muzeylərdə repressiya dövrünə aid ekspozisiyalardan danışıblar. Eləcə də repressiya qurbanlarının keşməkeşli həyatlarının tədqiqatçıları çıxış ediblər.
Sonda kitabxana direktoru A.Kərimova çıxış edərək iştirakçılara təşəkkürünü bildirib.