Ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin son oyunlarında Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları qarşılaşıb.
Tehsil.biz xəbər verir ki, azərbaycanlı FİFA referisi Əliyar Ağayev, ona bu matçda kömək edən Zeynal Zeynalov və Akif Əmrəli Çempionlar Liqası qarşılaşmasında meydana çıxan azərbaycanlı laysmanlar kimi tarixə düşüblər.
FİFA referi köməkçisi Zeynal Zeynalov 25 yanvar 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) təhsil alıb. 2006-ci ildən hakimlik fəaliyyətinə başlayan Z.Zeynalov 2009-cu ildən Premyer Liqa oyunlarında köməkçi hakim kimi fəaliyyət göstərir. 2011-ci ildən isə FİFA dərəcəli laysmandır.
Əslən Neftçalanın Uzunbabalı kəndindən olan Zeynal Zeynalov hazırda Bakının E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimidir.
Qeyd edək ki, 37 yaşlı Z.Zeynalov tanınmış müğənni Ceyhun Zeynalovun (Cin) qardaşıdır.