Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi Marxal Resort & Spa İstirahət Kompleksi, Şəki Park Oteli və “Balkhoorma” MMC ilə əməkdaşlığa başlayır.
Tehsil.biz xəbər verir ki, hər üç müəssisə ilə əməkdaşlıq barədə keçirilən görüşdə Agentliyin işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində gördüyü işlər, peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində aparılan tədbirlər barədə ətraflı məlumat verilib.
Müəssisələrlə əməkdaşlıq müqavilələri imzalanıb, müxtəlif istiqamətlər üzrə peşə kurslarının təşkili barədə razılığa gəlinib. Əldə olunmuş razılığa əsasən qeyd olunan otellər üçün işçilərin hazırlanması prosesi həyata keçiriləcək.