Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən Samux rayon Poylu kənd tam orta və Tatlı kənd ümumi orta məktəblərinin 3 və 4-cü sinif şagirdlərinin iştirakı ilə oxuyub-anlama bacarığı üzrə monitorinq təşkil edilib.
Tehsil.biz xəbər verir ki, şagirdlər tərəfindən mövzu üzrə yazı işləri hazırlandıqdan sonra onlarla söhbət aparılıb. Bununla belə həmin məktəblərin ibtidai sinif müəllimləri ilə şagirdlərin bilik səviyyələri üzrə müzakirələr aparılıb.
Monitorinqin keçirilməsində məqsəd şagirdlərin oxu bacarığını, onların diqqətli və oxuduqları mətni nə dərəcədə anladıqlarını müəyyənləşdirmək olub.