Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrında maaşların səkkiz aydır, verilməməsi ilə bağlı iddialara münasibət bildirib.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”, - qurumun açıqlamasında qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt Dövlət Dram Teatrında maaşların səkkiz aydır, verilməməsi ilə bağlı iddialar yayılmışdı.