Noyabrın 3-də Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər salnaməsi" adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi, Lənkəran - Astara Regional Təhsil İdarəsinin rəhbərliyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin müdiri, qazi və şəhid ailələri iştirak edib.
Tədbir Lənkəran şəhər Mədəniyyət işçilərinin ifasında “Zəfər salnaməsi”nə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda iştirakçılar Mədəniyyət Mərkəzində təşkil edilən müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə yaxından tanış olublar.