Logo

Ali təhsilin müxtəlif pillələrinə qəbul zamanı gender fərqi - STATİSTİKA

12.02.2021 10:35 1495 baxış
IMG

Bakalavr pilləsinə qəbul:

 

Ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 52.15%-ni (37467 nəfər) oğlanlar, 47.85%-ni (34372 nəfər) isə qızlar təşkil etmişdir.

Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

I qrup üzrə sənəd verən abituriyentlərin 66.33%-ni oğlanlar, 33.67%-ni isə qızlar təşkil etmişdir.

II qrup üzrə sənəd verən abituriyentlərin 67.99%-ni oğlanlar, 32.01%-ni isə qızlar təşkil etmişdir.

III qrup üzrə sənəd verən abituriyentlərin 29.52%-ni oğlanlar, 70.48%-ni isə qızlar təşkil etmişdir.

IV qrup üzrə sənəd verən abituriyentlərin 27.97%-ni oğlanlar, 72.03%-ni isə qızlar təşkil etmişdir.

İmtahanlarda oğlanların ən yüksək nisbi sayı II ixtisas qrupunda (67.99%), qızların ən yüksək nisbi sayı isə IV ixtisas qrupunda (72.03%) olmuşdur.

 

Ali təhsil müəssisələrinə qəbul olan oğlan və qız abituriyentlərin sayları arasında fərq kiçikdir. Onların 48.69%-ni (18589 nəfər) oğlanlar, 51.31%-ni (19589 nəfər) qızlar təşkil edib. Dövlət sifarişi üzrə ali təhsil müəssisələrinə qəbul olanların isə 53.48%-ni (9167 nəfər) qız və 46.52%-ni (7974 nəfər) oğlan abituriyentlər təşkil edib. Subbakalavrlar arasında qəbul olanların 36.16%-ni (1271 nəfər) oğlanlar, 63.84%-ni (2244 nəfər) qızlar təşkil edib. Dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul olanlar arasında isə oğlanların payı 43.20% (251 nəfər), qızların payı isə 56.80% (330 nəfər) olub. Cari ilin məzunları arasında da analoji vəziyyət müşahidə olunur. Belə ki, ali təhsil müəssisələrinə ümumilikdə qəbul olanların 49.14%-ni (17157 nəfər) oğlanlar, 50.86%-ni (17760 nəfər) qızlar, dövlət sifarişi əsasında qəbul olanların isə 46.93%-ni (7558 nəfər) oğlanlar, 53.07%-ni (8546 nəfər) qızlar təşkil edib.

 

Magistratura pilləsinə:

 

Magistraturaya bütövlükdə 12684 nəfər bakalavr ərizə verib (2018-ci ildə bu rəqəm 12387 olub). Ərizələrin 90.68%-i (11502-si) Azərbaycan, 9.32%-i (1182-si) isə rus bölməsi üzrə olub. Sənəd verənlərin 43.42%-ni (5508 nəfər) oğlanlar, 56.58%-ni (7176 nəfər) isə qızlar təşkil edib.

Nəticələrə əsasən magistraturaya 6400 nəfər (ikinci mərhələdə iştirak edənlərın 73.52%-i) qəbul olub (bax: şəkil 2.4). İkinci mərhələdə iştirak edən bakalavrların Azərbaycan bölməsi üzrə 73.86%-i, rus bölməsi üzrə isə 69.86%-i qəbul olub. Ümumilikdə isə qəbul planı 78.01% dolub. Qəbul olanların 44.05%-ni (2819 nəfər) oğlanlar, 55.95%-ni (3581 nəfər) isə qızlar təşkil edib, 65.91%-i (4218 nəfər – 53.44% (2254 nəfər) oğlan, 46.56% (1964 nəfər) qız) cari ilin məzunlarıdır.

 

Magistraturaya dövlət sifarişi üzrə ayrılmış yerlərə qəbul olan 2803 nəfərin 44.35%-ni (1243 nəfər) oğlanlar, 55.65%-ni (1560 nəfər) qızlar təşkil ediblər, 73.14%-i (1075 nəfər - 52.44% oğlan, 975 nəfər - 47.56% qız) cari ilin məzunlarıdır.

 

Rezidentura pilləsinə:

 

Rezidenturada təhsil almaq üçün 930 namizəd ərizə verib. Onların 38.49%-ni (358 nəfər) oğlanlar, 61.51%-ni (572 nəfər) qızlar təşkil edib.

Rezidenturaya qəbul olan məzunların 32.93%-ni oğlanlar, 67.07%-ni isə qızlar təşkil ediblər.

Xəbər lenti