Logo

İsmayıllıda “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib - FOTO

04.11.2022 18:07 507 baxış
IMG

Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn, Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş Dağlıq Şirvan Regional Təhsil İdarəsinin “Tədbirlər Planı”na uyğun olaraq 4 noyabr 2022-ci il tarixdə İ.Həsənov adına İsmayıllı şəhər bir nömrəli tam orta məktəbində şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İ.Həsənov adına İsmayıllı şəhər bir nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Güllübəyim Lətifovanın təşkil etdiyi tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gündüz Qədirov möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun əməkdaşı Rəşid Məmmədli çıxış edərək  30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildirib.

Ardınca Şəhidlərimizin şərəfli həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Sonda Məktəbin lV a sinif şagirdlərinin hazırladığı şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompizisiya tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Xəbər lenti