Logo

Müəllimlər arasında “İlin ən yaradıcı layihəsi” üzrə müsabiqə elan edilib

04.11.2022 20:01 350 baxış
IMG

“eTwinning” layihəsi çərçivəsində “Fərqli öyrənmə mühitində təhsil” mövzusunda “İlin ən yaradıcı layihəsi” üzrə müsabiqəyə başlanılır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin əsas məqsədi "eTwinning" layihəsi çərçivəsində Avropanın azı 2 ölkəsinin iştirak etdiyi ortaq təhsil layihəsi hazırlamaq və ölkələrarası əməkdaşlığı inkişaf etdirməkdir.

Müsabiqəyə “eTwinning” müəllimləri qoşula bilələr. Layihənin mövzusu “eTwinning” üzrə illik mövzuya uyğun olmalı, pedaqoji yeniliyə və müasir təlim metodlarına yönəlməli, planı, məqsədi və gözlənilən nəticələri aydın əks olunmalıdır. Layihə milli kurikuluma əsaslanmalıdır. Şagird araşdırması layihə fəaliyyətlərində və planlamasında yer almalıdır. İnformasiya texnologiyalarının layihədə tətbiqi aydın görünməlidir.

Müsabiqədə iştirak üçün layihələr noyabrın 30-dək qəbul ediləcək.

Müraciət formasını dolduran müəllimin layihənin təsisçisi olması mütləqdir. Müraciət forması noyabrın 30-u saat 23:59-dək açıqdır.

Qeyd edək ki, müsabiqədə qalib olan layihənin rəhbəri cari ildə keçiriləcək regional konfransda təltif ediləcək.

Xəbər lenti