Logo

Bakı Musiqi Akademiyasında növbəti konsert Zəfər Gününə həsr olunub

04.11.2022 23:29 306 baxış
IMG

Noyabrın 4-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub.

BMA-dan bildirilib ki, konsertdə Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadənin bədii rəhbərliyi və akademiyanın müəllimi Taleh Qəmbərovun dirijorluğu ilə Bakı Musiqi Akademiyasının Nəfəs və zərb alətləri orkestri çıxış edib.

Proqramda Azərbaycan Respublikasının Dövlət Himni, Yusif Axundzadənin "Azərbaycan marşı", Ceddin Dedenin "Mehtər marşı", Rüfət Axundzadənin "Qələbə marşı", Fərhad Bədəlbəylinin "Anamız Azərbaycan!", "Zəfər marşı" əsərləri ifa olunub.

Zəfər Gününə həsr olunmuş konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Xəbər lenti