Noyabrın 3-də Yardımlı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin və Yardımlı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Yardımlı şəhər 4 nömrəli tam orta məktəbində “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Çayüzü kənd tam orta məktəbinin şagirdlərinin "Şəhidlərin xatirəsinə" həsr edilmiş kompozisiyası dinlənilib.
Sonda "Şəhidlərin əziz xatirəsinə" həsr edilmiş videoçarx nümayiş etdirilib.