Logo

"İgidlərin sözü” antologiyasının təqdimatı keçiriləcək

05.11.2022 11:02 330 baxış
IMG

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində (BMM) şəhid, qazi və müharibə iştirakçılarının şeir və esselərinin toplandığı “İgidlərin sözü” antologiyasının təqdimatı keçiriləcək.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin nəşri olan antologiya 2021-ci ildə çapdan çıxıb. Kitabın ideya müəllifi Nigar Həsənzadə, redaktoru Aida Eyvazlı Göytürkdür.

Antologiyada aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov, II Qarabağ müharibəsi şəhidləri – polkovnik-leytenant Elzamin Təhməzov, baş gizir Mehman Yusifov, Saleh Əliyev, Kərim Əhmədbəyli, əsgərlər Şahgündüz Cabbarov, Xəyyam Hüseynov, Murad Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əlioğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayev və Tamerlan Əsədovun bədii nümunələri yer alıb.

Qeyd edək ki, “İgidlərin sözü” ədəbi layihəsinin təqdimatı 2021-ci ilin noyabr ayında BMM-də gerçəkləşmişdi. Layihəsinin bu ilin 14-15 iyul tarixlərində Şuşada keçirilən Vaqif Poeziya Günlərində də təqdimatı olmuşdu.

Layihənin həyata keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış igid oğulların bədii yaradıcılıq nümunələrini ictimaiyyətə təqdim etməkdir.

Xəbər lenti