Logo

İntihara cəhd edən məktəb direktoru işdən çıxarıldı - SƏBƏB

05.11.2022 11:59 798 baxış
IMG

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva vəzifəsindən azad olunub.

Bu barədə "Tehsil.biz"ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Qarayeva Mətanət Ələsgər qızı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə 20 oktyabr 2022-ci il tarixindən ləğv edilib.

Qeyd edək ki, bir neçə ay əvvəl Mətanət Qarayevanın intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Xəbər lenti