Logo

Ombudsman Aparatı ənənəvi jurnalist yazı müsabiqəsi elan edib

06.11.2022 10:00 578 baxış
IMG

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və Ombudsman təsisatının 20 illik yubileyi (2002-2022) münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusuna həsr olunmuş ənənəvi jurnalist yazı müsabiqəsini elan edir.

Bu barədə "Tehsil.biz"ə Ombudsman Aparatından bildirilib.

Müsabiqə üçün yazılar 01 dekabr 2022-ci il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II qapı) təqdim edilməlidir.

Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzet və ya saytda dərc olunması və müəlliflərin özləri haqqında anketi (müəllif barədə qısa məlumat, əlaqə telefonları, bir ədəd 4x5 ölçüdə fotoşəkil) dolduraraq göndərməsi mütləq şərtdir.

Bununla yanaşı, müvafiq mövzuda ənənəvi uşaq rəsm müsabiqəsi də elan edilir. Müsabiqədə 18 yaşınadək uşaqlar iştirak edə bilərlər.

Müəlliflər rəsmləri A3 formatda işləməli və aşağıda verilmiş anket formasındakı məlumatları (iştirakçı haqqında qısa məlumat, əlaqə telefonları və bir ədəd 4x5 ölçüdə fotoşəkil) dolduraraq rəsmlə birlikdə təqdim etməlidirlər.

Rəsm əsərləri 01 dekabr 2022-ci il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, II Ala qapı) təqdim edilməlidir.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:
· Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;
· Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.

Xəbər lenti