Logo

ASAPES-də əcnəbi mütəxəssislərin tədris prosesi davam edir - FOTO

06.11.2022 13:51 550 baxış
IMG

Böyük Britaniyanın UCL Universitetinin “İdman, Məşq və Sağlamlıq” İnstitutunun (ISEH) Kliniki Fizioterapiya mütəxəssisi və fəxri müəllimi, dosent Bryus Paton (Bruce Paton) ADBTİA-nın Elmi-tədris laboratoriyasında magistratura təhsil səviyyəsində həkimlər üçün tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” proqramının I tədris ili magistrantlarına “Aşağı ətraf zədələnmələri və onların reabilitasiyası” modulunu tədris edir.

Bu barədə "Tehsil.biz"ə ADBTİA-dan bildirilib.

Britaniyalı dosent dərs zamanı bud-çanaq oynağı, diz oynağı zədələnmələri, menisk, çarpazvari bağ travmaları və onların reabilitasiyası haqqında həm nəzəri, həm də praktiki bilikləri magistrantlara çatdırır.

Xəbər lenti