Logo

Macarıstanda ADA Universitetinin məzunlarının birinci forumu işə başlayıb

06.11.2022 17:27 388 baxış
IMG

Macarıstanın paytaxtında ADA Universitetinin məzunlarının birinci forumu işə başlayıb.

Dünyanın 16 ölkəsini təmsil edən, bu nüfuzlu ali məktəbin fəaliyyətinin müxtəlif illərində orada mükəmməl təhsil almış 95 məzunu Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin Böyük zalında toplaşıb.

Forumu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açdı. O, Azərbaycanın diplomatik nümayəndəliyinin yerləşdiyi bu tarixi binada toplaşmış məzunları salamlayıb, bu ali məktəbin rektoru, səfir Hafiz Paşayevin də məzunlara müraciətini çatdırdı.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəliyinin başçısı Yanoş Xovari, Matyaş Korvinus adına Kollegiumun Diplomatiya Mərkəzinin rəhbəri Raymund Kiş, Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun böyük məsləhətçisi və böyük tədqiqatçısı Laslo Vaşa, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Diplomatik Akademiyasında fakültə dekanı Adam İmre Syuç, həmçinin Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yozef Torman (Bakıdan videorabitə vasitəsilə) forumun iştirakçılarına müraciət etdilər.

Türkiyənin və Gürcüstanın Macarıstandakı səfirləri, həmçinin Qazaxıstan Respublikasının Macarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili tədbirdə fəxri qonaqlar kimi iştirak edirlər.

Forumun işi davam edir.

Xəbər lenti