Noyabrın 7-də Azərbaycanın Türkiyədəki Səfirliyi, KTO Karatay Universiteti və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Tarixi Zəfərin ikinci ildönümünə həsr olunan birgə tədbir keçiriləcək.
Tehsil.biz xəbər verir ki, ZOOM proqramı üzərindən onlayn formatda təşkil ediləcək tədbirin açılışında Səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, KTO Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç və MDU-nun rektoru Şahin Bayramov çıxış edəcəklər.
Panel sessiyada KTO Karatay Universitetinin akademik heyət üzvlərindən Murat Canıtez “Qarabağ Zəfəri və beynəlxalq ticarəttə logistika komponentləri”, Şerife Nesimioğlu “Türkiyə-Azərbaycan enerji dialoqu: güclü tərəflər və fürsətlər”, MDU-nun akademik heyət üzvlərindən Vəfa Məhərrəmova “Tarixin, mədəniyyətin, qəhrəmanlığın və Zəfərin rəmzi Şuşa” və Gülər Əjdərzadə “Türk Dünyasının sosial-siyasi və etnik-mədəni bütövləşməsi” mövzularında məruzələrini təqdim edəcəklər.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.