Logo

Bakı Zooloji Parkının yeni saytı istifadəyə verilib

07.11.2022 01:04 259 baxış
IMG

Bakı Zooloji Parkının www.bakuzoo.az rəsmi internet səhifəsi istifadəçilərin ixtiyarına verilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytın funksionallığı, dizayn üslubu müasir tələblərə uyğunlaşdırılmış, məzmun cəhətdən təkmilləşdirilərək bölmə və xidmətlərinin rahatlığı ilə seçilir. Yeni sayt vasitəsilə Zooloji Parkı hətta canlı kameralar vasitəsilə izləmək mümkün olacaqdır.

Yeni məlumatlarla zənginləşdirilmiş sayt Bakı Zooloji Parkında baş verən yenilikləri, maraqlı xəbərləri ictimaiyyətin diqqətinə çatdırmanı təmin edir. Həmçinin, Zooloji Parkda keçiriləcək yeni tədbirlərlə bağlı elanlar öncədən sözügedən saytda yerləşdirilir. Bununla yanaşı, rəsmi səhifədə Zooloji Parkın tarixi, saxlanılan heyvanlar haqqında məlumatlar da işıqlandırılıb. Xəbərlər, təkliflər, üzvlük, qaydalar, təhsil, çoxaltma, qalereya, əlaqə bölmələrində başlığa uyğun, həcmcə yığcam məlumatlar verilib.

Hazırda internet istifadəçilərinin böyük əksəriyyətinin saytları mobil telefonlar vasitəsilə ziyarət etdiyini nəzərə alaraq, məlumatların oxuculara çatdırılmasını sürətləndirmək məqsədilə Bakı Zooloji Parkının rəsmi səhifəsi mobilefirst konsepti nəzərə alınaraq hazırlanıb. Eyni zamanda, Zooloji Park ərazisində olan heyvanlar haqqında məlumat lövhələri üzərindəki QR kod vasitəsilə də rəsmi səhifəyə keçid edilə bilər. www.bakuzoo.az  saytı daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı olaraq aparılacaq.

Qeyd edək ki, ziyarətçilərə Bakı Zooloji Parkına gəlişi asanlaşdırmaq məqsədilə biletlərin online qaydada sayt vasitəsilə satışı da həyata keçirilir.

Xəbər lenti