XI sinif şagirdi İTV-nin “Əlaçı” proqramında rekorda imza atıb.
Tehsil.biz xəbər verir ki, məktəbli bu nəticəni verilişin tarixində ilk dəfə olaraq 29 suala düz cavab verməklə əldə edib.
Qeyd edək ki, rekordçu İsmayıllı Şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asiman Mirzəliyevdir.