Logo

Gənc müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

07.11.2022 15:51 397 baxış
IMG

Daşkəsən rayonu üzrə təhsil sektoru, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Tutor Lab-ın birgə təşkilatçılığı ilə Şəhid təhsil işçilərinin xatirəsinə həsr olunmuş gənc müəllimlər arasında "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışı keçirilib. 

Tehsil.biz xəbər verir ki, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam edib.  

İntellektual bilik yarışında I yerə "Qarabağ", ll yerə "Şuşa", lll yerə isə "Zəfər" komandası layiq görülüb.

Xəbər lenti