Logo

Məktəbli çantası necə olmalıdır?

07.11.2022 16:59 371 baxış
IMG

Məktəbli çantasının ağırlığı uşağın çəkisinin 10 faizini təşkil etməlidir. Misal üçün, altı yaşında uşağın çəkisi 22 kiloqramdırsa, onun çantasının çəkisi 2,2 kiloqram olmalıdır.

"Tehsil.biz"in məlumatına görə, ABŞ-də həkimlər hesab edir ki, birinci sinifdə ləvazimatla birlikdə çantanın çəkisi 1,2, ikinci sinifdə 1,6, üçüncü sinifdə 2,3, dördüncü sinifdə isə 2,6 kiloqram olmalıdır.

Başqa cür olan zaman skolyoz yarana bilər. Eyni zamanda, çanta ağırlığı uşaqlara psixoloji təsir edir.

Beynəlxalq təcrübə və qəbul olunan prinsiplərə görə, çantanın çəkisi uşağın çəkisinin 14-15 %-ni keçməməlidir. Bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir.

Xəbər lenti