Şuşa şəhərinin işğaldan azad edilməsinin 2 ili tamam olur.
"Tehsil.biz"in məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciət edib.
Prezident müraciətində Şuşa şəhərinin azad olunduğunu elan edib.
Şuşa şəhərinin azad edilməsi əməliyyatı Azərbaycanın ordu birliklərinin koordinasiyalı işi sayəsində peşəkar şəkildə həyata keçirilib.
Ordu bölmələrinin bir hissəsi Daşaltı istiqamətində cəmləşdiyi zamanda Azərbaycan xüsusi təyinatlı qüvvələri çətin yollardan keçərək, qayaları dırmaşaraq Şuşa şəhərinə daxil olublar. Şuşadakı döyüşlərdə erməni hərbçiləri məhv ediliblər və şəhərə Azərbaycan bayrağı sancılıb.