Bildiyimiz kimi, 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Tehsil.biz xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Havanın yağışlı və soyuq olmasına baxmayaraq Azərbaycan xalqı İkinci Şəhidlər Xiyabanına axın edir, torpaqlarımızın qorunması uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları ziyarət olunur.
İkinci Şəhidlər Xiyabanında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.