Logo

Ankara Liseyinin şagirdi: "Bu gün bizim üçün əvəzolunmaz gündür"

08.11.2022 16:19 351 baxış
IMG

"8 noyabr tarixi bizim əvəzolunmaz günümüzdür".

Bunu "Tehsil.biz"ə Ankara Liseyinin 6-cı sinfində təhsil alan Quluzadə Nilay Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

O, qələbə sevinci yaşadığına görə Azərbaycan torpağının hər qarışı üçün canını fəda edən şəhidlərimizə, qəhrəman əsgərlərimizə, vətən uğrunda sağlamlığından keçən qazilərimizə borclu olduğunu söyləyib:

"Azərbaycan Ordusu düşmən üzərində qələbə qazanaraq həm tarixi torpaqlarımızı geri qaytarmış, həm bütün şəhidlərimizin qisasını almışdır. Qələbə xəbərini televiziyadan aldıq, həmin an sevinc göz yaşlarına boğulduq. Hər dəfə fürsət olduqca ailə üzvlərim və məktəb yoldaşlarımla birgə şəhidlərimizin məzarını ziyarət etməyə gedirəm. Çünki biz şəhidlərimizə, qəhrəman əsgərlərimizə, vətən uğrunda sağlamlığından keçən qazilərimizə borcluyuq".

Xəbər lenti