Logo

ASAPES-də Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTO

08.11.2022 16:26 404 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASPES) Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Abşeron Olimpiya İdman Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, aksiyanın təşkilində əsas məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək və eyni zamanda ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir. Aksiya çərçivəsində Akademiyanın işçiləri və aktiv tələbələri tərəfindən ümumilikdə 44 ağac əkilib.

Daha sonra tələbələrimiz Abşeron Olimpiya İdman Kompleksinin infrastrukturu və orada idmançılar üçün yaradılan şəraitlə tanış olublar.

Xəbər lenti