Logo

8 Noyabr - Azərbaycanın zəfəri

08.11.2022 22:22 371 baxış
IMG

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. 

Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verilmişdir.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur. 
Hesab edirəm ki, əldə etdiyimiz qələbə digər dövlətlərə örnək oldu. Həmçinin rəşadətli Azərbaycan ordusu XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqrımların qisasını almış oldu.

Hal-hazırki dövrdə digər dövlətlər də Azərbaycanın müharibə taktikasını öz ölkələrində tətbiq edirlər. Döyüşdən söz düşmüşkən söz düşmüşkən maraqlı bir stat gətirim. Bir gün bir yoldaşı "Səni böyüyəndən sonra döyüşə çağırsalar sən bu boyla atına minənə qədər döyüş sona çatar." Napoleon yoldaşlarına baxar və belə deyər "Narahat olmayın, mən böyüyəndə məni döyüşə çağırdıqları zaman mən ata minməyəcəyəm, mən atıma minəndə döyüş başlayacaq.

Mən də bu gün münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Allah şəhidlərimizə rəhmət, ailələrinə səbr versin. Döyüşlər zamanı yaralanmış qazilərimizə Allahdan şəfa diləyirəm. Bizim daim bir şüarımız var. Şəhidlər ölməz, vətən bölünməz. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.

Əli Ələkbərov

Xəzər Universitetinin tələbəsi

Xəbər lenti