Logo

MİQ imtahanında yüksək bal toplayan müəllim işsiz qalıb - VİDEO

09.11.2022 11:24 5324 baxış
IMG

Müəllimlərin işə qəbulu imtahanında (MİQ) 92 bal toplayaraq rus bölməsində Azərbaycan dilinin tədrisi üzrə respublika birincisi olan müəllim işsiz qalıb. Söhbət Nərmin Şamxalovadan gedir.

N,Şamxalova deyir ki, o, bu tədris ilinə qədər Şamaxıda şəhər məktəblərinin birində müəllim işləyib. Yaşayış yerini dəyişdiyi üçün bu il MİQ imtahanında yüksək nəticə toplayaraq Bakıdakı 160 saylı gimnaziyaya qəbul olub. İddia edir ki, buna baxmayaraq, artıq iki aydır, qəbul olduğu gimnaziya onunla əmək müqaviləsi bağlamır.

Nərmin Şamxalovanın sözlərinə görə, vakansiyaya əsasən 160 saylı Gimnaziyada ona ən azı 18 saat dərs verilməli idi. Gimnaziyaya qəbul olduğu üçün əvvəl işlədiyi Şamaxı şəhər məktəbindəki işindən də ayrılan müəllim 2 aydır ki, heç bir yerdən əməkhaqqı almadığını deyir.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Xəbər lenti