“Gəncliyə Dəstək” İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfərə aparan vətənpərvərlik” layihəsi çərçivəsində inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tehsil.biz xəbər verir ki, Zərdab rayon Mərkəzi kitabxanasında təşkil olunan tədbirdə Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov, aparıcı məsləhətçi Bahar Qurbanova, məsləhətçi Məleykə Hümbətova və münsiflər heyətinin üzvləri iştirak ediblər.
Layihənin məqsədi Qarabağ Qələbəsinin təbliği, gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsindən ibarət olub.
İnşa və rəsm müsabiqəsində yer qazanan məktəblilər sertifikat və hədiyyələrlə mükafatlandırılıb.