Logo

Dövlət qulluğu test imtahanına qeydiyyat aparılır

09.11.2022 14:12 322 baxış
IMG

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə noyabrın 2-si saat 23:59-dək, AB, AC, BA qrupları üzrə isə noyabrın 10-u saat 23:59-dək aparılır. İndiyədək imtahanda iştirak etmək üçün AB, AC, BA qrupları üzrə 73, BB qrupu üzrə 97 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, imtahan noyabrın 13-də AB, AC, BA qrupları üzrə saat 10:00-da, BB qrupu üzrə isə saat 11:00-da keçiriləcək.

Xəbər lenti