Logo

"Valideyn övladını danlamaqdansa, təskinlik verməyə çalışsa, intihar hadisəsi azalar"

10.11.2022 10:25 347 baxış
IMG

Əksər valideynlər övladını imtahanda az nəticə göstərdiyinə görə danlayır, sıxışdırır. 

Hesab edirəm ki, bir valideyn övladını danlamaqdansa, təskinlik verməyə çalışsa, intihar hadisəsi azalar. 

Bu intihar hadisələri ilə bağlı müəyyən dövlət qurumları məşğul olmalıdır. Məktəblərdə dərslər dinlənilməli, mütəmadi olaraq şagirdlərlə proflakitk söhbətlər aparılmalıdır. 

Valideynlər düşünür ki, həyat sanki bir imtahandan ibarətdir. Yalnız elə deyil. Biz abituriyentə robot kimi yanaşırıq. Təsəvvür edin ki, biz övladımızı səhər göndəririk məktəbə, daha sonra məktəbdən sonra hazırlıq kursları və ya repetitor yanına.

Düşünmürük ki, şagirdin beyni yorulur. Çünki valideynlər üçün yalnız imtahan maraqlıdır. Onlar üçün övladının sağlığı maraqlı deyil. Valideynlər imtahana hazırlaşan övladlarına motivasiya vermək əvəzinə deyirlər ki, "filankəsin nəvəsi səndən yaxşı oxuyur", "universitetə daxil olmasan, sənə haqqımı halal etmərəm", "bizi hamının içində biabır elədin", "imtahandan az nəticə toplasan, evə gəlmə" və s.

Biz hər bir problemi məktəbin və müəllimin üzərinə atmaqla valideyn məsuliyyətindən yayınırıq. İmtahana hazırlaşan şagirdin də imtahan həyəcanı bir yana, motivasiyası aşağı düşür. Həmin şagird özünü dünyanın ən geri qalmış beynini daşıdığını düşünür. 

Haqlı olaraq qeyd etmək olar ki, bu gün təhsil dünyası elm yolçuluğu deyil, diplom ovçuluğudur.

Əli Ələkbərov

Xəbər lenti