Logo

"Vəsaitin necə xərclənməsi qeyd olunubsa, Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?"

10.11.2022 12:51 389 baxış
IMG

“Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə 650 milyon manat vəsait ayrılır. Bu da büdcənin 1/60 hissəsidir, olduqca azdır”.

"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında gələn ilin dövlət büdcəsinə dair keçirilən müzakirələrdə deputat Sabir Rüstəmxanlı deyib.

“İki dövlət arasında savaş təkcə cəbhədə getmir. İki ölkə arasında savaş mədəniyyət, iqtisadiyyat və digər sahələrdə gedir. Mədəniyyət bu cəhbələrdən biridir. Ona hökmən ciddi yanaşmaq lazımdır”, - deyə deputat qeyd edib.

O vurğulayıb ki, Prezident 4 il əvvəl büdcənin nəticəyə hesablanması təklifini irəli sürüb:

“Təəssüflər olsun ki, büdcə layihəsində o nəticələr yoxdur. Mədəniyyət Nazirliyinə verilən maliyənin nəticəsi tələb olunmadığına görə, gündə bir nazir müavinini çıxarıb o birisini qoyurlar. Əgər vəsaitin necə xərclənməsi qeyd olunubsa, Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?”

Xəbər lenti