Logo

Ali məktəblərdə təqaüdlü yerlərin sayı ARTIRILACAQ

10.11.2022 12:58 226 baxış
IMG

"Gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir".

"Tehsil.biz"in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur:

"Tələbə kreditinin verilməsi üçün növbəti il üçün dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün 414 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 17,1 milyon manat və ya 4,3 faiz çoxdur".

Xəbər lenti