Logo

"Qızların təhsilhaqları dövlət tərəfindən ödənilsin" - TƏKLİF

10.11.2022 13:13 511 baxış
IMG

“Büdcədən onkoloji xəstəliklərə ayrılan 47 milyon vəsait çox azdır”.

"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Razi Nurullayev deyib.

Deputat icbari tibbi sığortaya 40-50 milyon vəsaitin ehtiyat kimi ayrılmasını təklif edib.

“Elə ailələr var ki, onkoloji xəstəliyə görə ölüm-dirim mübarizəsi aparır. Ayrılan ehtiyat vəsait onların müalicəsinə xərclənsin”, - o, qeyd edib.

Razi Nurullayev illik gəliri 15-20 min olan ailələrdə qız uşaqlarının təhsilhaqqının da dövlət tərəfindən ödənilməsini istədiyini bildirib:

“Bu, çox vacibdir. Digər tərəfdən, rayonlarda hazırda istirahət etmək üçün yer restoran, kafedir. Biz bu gün kitabxanaları mədəniyyət mərkəzinə çevirməliyik. Hər rayonda kitabxanalara ayrılan vəsaitin azaldılması yox,artırılması lazımdır”.

Xəbər lenti