Logo

960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir

10.11.2022 14:04 379 baxış
IMG

"Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir”.

“Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirilən birgə iclasında çıxışı zamanı deyib.

İdris İsayev bildirib ki, həmin məktəblərdən 434-ü yararsız vəziyyətdədir: 

“Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyard manatda artıq vəsait lazımdır. Təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Həm Elm və Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən hər il, təxminən, 100-dən çox məktəb ya təmir olunur, ya da yenidən inşa edilir. Bu məsələ daim diqqət mərkəzində saxlanılır və prioritet istiqamətlərdəndir”.

Xəbər lenti