Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan futzal üzrə rayon birinciliyi başa çatıb.
Tehsil.biz xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayonu üzrə təhsil sektorunu təmsil edən komanda bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Bu münasibətlə komanda ilə Zərdab rayonu üzrə təhsil sektorunda görüş keçirilib və komanda üzvləri ATİAHİ-nin Zərdab rayon komitəsi tərəfindən "Fəxri Fərman" və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, görüş zamanı komandanın kapitanı - 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, eyni zamanda Vətən müharibəsi iştirakçısı Elsevər Hüseynov Zəfər Günü ərəfəsində qazanılmış bu qələbənin bütün şəhidlərimizin əziz xatirəsinə həsr olunduğunu vurğulayıb.