Logo

Bakının bu məktəbində mühafizə pulunu müəllimlər və valideynlər ödəyir

10.11.2022 18:21 588 baxış
IMG

Paytaxtın Nərimanov rayonunda yerləşən şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli tam orta məktəbdə şagirdlərdən ödəniş tələb olunur.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, sözügedən təhsil ocağının mühafizə olunması üçün hər ay şagirdlərdən mühafizəpulu yığılır.

Məsələ ilə bağlı 178 nömrəli tam orta məktəbdən "Tehsil.biz"ə bildirilib ki, təhsil müəssisəsində 2018-ci ildən etibarən mühafizə xidməti fəaliyyət göstərir.

"Bu məsələ məktəbin Pedaqoji Şura iclasında müzakirə edilib, bütün siniflərin valideyn iclaslarında könüllülük prinsipi əsasında razılıq əldə olunub. Hazırda məktəbdə 2 mühafizəçi çalışır. Mühafizənin xidməthaqqısı müəllim və valideynlərdən könüllü şəkildə toplanılır və hər ay mühafizə xidmətinə ödənilir", - məktəbin məlumatında qeyd olunub.

Xəbər lenti