Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 8 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 823 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 454 nəfər müalicə olunaraq sağalıb, hazırda 181 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 402, bu günə qədər isə ümumilikdə 7 339 257 test icra olunub.