Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Elmi Şurasında əvvəlcədən elan olunaraq, mətbu orqanda dərc edilmiş vakant yerlər ("Respublika" qəzetinin 14 sentyabr 2022-ci il tarixli sayı) üzrə seçki keçirilib.
Tehsil.biz xəbər verir ki, seçki fakültə üzrə ümumilikdə 9 vakant yerlə bağlı aparılıb. Vakant yerlər fakültənin Memarlıq və dizayn (dosent-2, Baş müəllim-1), Sənaye mühəndisliyi (Baş müəllim-1, müəllim-1), Kimya mühəndisliyi (müəllim-3), Ümumu fənlər kafedralarını (dosent-1) əhatə edib.
Qeyd edək ki, sözügedən fakültə 2019-cu ildə yaranıb. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.