"Ayə, bu toydu. Burda neyləmək lazımdır?" Yəqin ki, kəndin sovxoz direktoru Hidayət müəllimin məşhur ifadəsini – sualını xatırladınız? Mirişin kənardan "Oynamaq" cavabı da yadımızdadı...
İndi nə Hidayət müəllimə, nə də Mirişə ehtiyac var. Məclisə ayaq qoydunsa, yaxından, uzaqdan səni tanıyanın birinci sualı "niyə oynamırsan?" olur.
Bəzən verilən sualları qısa zaman kəsiyində cavablandırmaq müşkül məsələdir.
Vaxtın ildırım sürətilə ötdüyü bir zamanda toylara ayrılan saat da az olur. Bu ərəfədə istəyirsən ki, ayaqların, ağzın deyil, başın işləsin.
Vaxtilə "Qarabağın ağırı", daha sonra "Asta Qarabağı" sonradan "Vağzalı" adlanan incə və lirik rəqs havasını eşitmək ruha mənəvi qidadır.
"Xarı bülbül" rəqs qrupunun ifasında milli musiqi nömrəsi, fonda Qarabağ şikəstəsini eşitmək isə qürurvericidir...
Ümumiyyətlə, toy min illərin formalaşmış adət-ənənələrini, milli xüsusiyyətlərimizi, əxlaqi dəyərlərimizi, zəngin və köklü mədəniyyətimizi zaman-zaman özündə yaşadıb.
Vaxtilə Oğuz elinin xoş günündə Ozan gəlib yelətmə çalar, xoş söz deyərdi. İndi də məclis böyükləri ağsaqqal və ağbirçəklər, valideynlər xeyir-dua verər.
Bu gün JK-010A qrupunda növbəti törən günüdür.
Biz də səbəbkarları təbrik edir, qəlblərində çatılan sevgi ocağının yanar olmasını diləyirik...
Və ənənəyə sadiq qalaraq, yenə də bir ağızdan deyirik:
Rza, Aynur, ağgünlü, ağbəxtli olasınız.
"Viktoriya" qələbə deməkdir. Sağlığınız, xoşbəxtliyiniz, birliyiniz qələbəniz olsun.
Vaxtınız, baxtınız xoş olsun!
Əsgər İsmayılov