Logo

ASAPES-in ən güclü şahmatçıları müəyyənləşib - FOTO

11.11.2022 23:18 393 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın oyun növləri” kafedrası 8 noyabr - Zəfər Günü münasibətilə ali təhsil ocağının tələbələri arasında şahmat turniri təşkil edib.

Tehsil.biz xəbər verir ki, şahmatın rapid növündə İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub.

48 qeyri-ixtisasçı tələbənin iştirak etdiyi yarışın qalibi 6,5 xal toplayan Əli Qəribov (112A16) olub. Rüfət Səlimli (111A9) 6 xalla 2-ci, Abdulla İsmayıl (111R1) 5.5 xalla 3-cü yeri tutub. Qızlar arasında isə ən yaxşı nəticəyə Fatimə Abdullayeva (Q110A1) imza atıb.

Xəbər lenti