Logo

“Bəxtiyar” musiqili komediyası yenidən səhnədə

12.11.2022 12:20 292 baxış
IMG

Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Bəxtiyar” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.

Tehsil.biz xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.

Qeyd edək ki, Tofiq Quliyevin 105 illiyinə həsr olunan bu səhnə əsəri “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Xəbər lenti