12 Noyabr Konstitusiya Günü ilə əlaqədar Şamaxı rayonunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, konstitusiyanın qəbul olunmasının müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu bildirərək, həm də bu hadisənin ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri olduğunu vurğulayıb, tədbir iştirakçılarını bu gün münasibətilə təbrik edib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin hazırladığı konsert proqramı ilə davam etdirilib.