Logo

“Creative Spark” layihəsi çərçivəsində MDU-da təlim keçirilib - FOTO

13.11.2022 01:28 318 baxış
IMG

Mingəçevir Dövlət Universitetində Britaniya Şurasının “Creative Spark” layihəsi çərçivəsində Qrinviç Universitetinin tərəfdaşlığı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimdə MDU-nun bir qrup gənc əməkdaşı və tələbələri iştirak edib.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin İbrahimova layihə haqqında məlumat verib və təlimin əsas məqsədinin gənclər arasında sahibkarlıq və biznes bacarıqlarının aşılanması olduğunu diqqətə çatdırıb.

Təlimdə Qrinviç Universitetinin müəllimi, tədqiqatçı Jithendran Kokkranikal məruzəçi kimi çıxış edib. Britaniyalı təlimçi təqdimat və sahibkarlıq bacarıqları, startap ideyaları, “business canvas” modeli və onun tətbiq metodlarından bəhs edib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti