Logo

Musiqi məktəbində konsert təşkil edilib

13.11.2022 12:03 223 baxış
IMG

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Payız əfsanələri 2022" adlı beynəlxalq müsabiqə keçirilib.

Tehsil.biz xəbər verir ki, müsabiqədə 28 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdlərindən Aidə Qəhrəmanova və Aysun Hacıyeva III yerə, qanun musiqi aləti ixtisası üzrə şagirdi Xədicə Balabəyova II yerə, Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə şagirdi Xalidə Bayramova I yerə, L.M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri - skripka ixtisası üzrə Ramizə Məmmədli “Qran-Pri” mükafatına, Kənan Bağırov, Aysu Məmmədli və fortepiano ixtisası üzrə Rumiyyə Mustafazadə I yerə, Elmira Hüseynova II yerə layiq görülüblər.

Xəbər lenti