Logo

ADPU-nun Quba filialında intellektual yarış keçirilib

13.11.2022 16:24 312 baxış
IMG

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə filialın tələbələri arasında “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışa50 tələbə  qatılıb. Finalda "Qladiator", "Miracle", "Yurd" və "Sirius" komandaları mübarizə aparıb. Gərgin mübarizənin yekununda "Sirius" komandası yarışı qalib kimi başa vurub.

"Sirius" komandasında filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbələrindən Məhəmməd Hacıbalayev, Aytac Ağazadə, Nübar Məmmədova, Qızılgül Tağıyeva və Ələkbər Babayev təmsil olunub.

Xəbər lenti